“Qarabağ”ın braziliyalı futbolçusu Julio Romao ölkəsinin “İstoe” nəşrinə açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi ilk dəfə qitənin bir nömrəli klub turnirində çıxış edəcəyini söyləyib:
Ümid edirəm ki, yaxşı oyunlar keçirəcəyəm və komandamın UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə yüksəlməsinə yardımçı olacağam. Bunun üçün motivasiyam var. Burada mübarizə aparmaq mənim üçün çox özəldir. Hər bir oyunçu bir gün orada oynamaq arzusundadır. Məqsədimizə çatmaq üçün səylərimizi əsirgəməyəcəyik. Artıq Avstriyada təlim-məşq toplanışına start vermişik. Məqsədlərimizə nail olmaq üçün çox çalışacağıq”.
“Qarabağ” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”la üz-üzə gələcək.

