22 İyul 2026
Ölkə futbolu

“Zirə” yeni transferini açıqladı – RƏSMİ

“Zirə” yeni futbolçu ilə anlaşıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi Ruan Renatonu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl ölkəsinin “Santa Rita”, “Quaraçinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo”, “Ponte Preta”, Avstriyanın “Austria Vyana”, həmçinin ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43