Portuqaliyanın “Şaveş” klubunda çıxış edən braziliyalı futbolçu Juninyo karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber az xarici mətbuata istinadən xəbər verir ki, “Qarabağ” 27 yaşlı futbolçu ilə anlaşıb.
“Köhlən atlar”ın təcrübəli vinger üçün qarşı tərəfə 500 000 avro təzminat ödəyəcəyi bildirilib.
Qeyd edək ki, Juninyo daha əvvəl ölkəsinin “Atletiko Paranaense”, “Portimonense”, “Villa Nova” komandalarında çıxış edib. O, “Şaveş”in heyətində 76 oyuna 12 qol vurub.

