21 İyun 2026
Ölkə futbolu

Azərbaycanlı futbolçunun ölkədən çıxışına qadağa qoyuldu – BU SƏBƏBƏ GÖRƏ

“Sumqayıt”ın yeni transferi Orxan Sadıqlının ölkədən çıxışına qadağa qoyulub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oyunçu iki fərqli banka borcu olduğu üçün ölkə xaricinə yollana bilmir. “Sumqayıt” əgər təlim-məşq toplanışı üçün Azərbaycandan kənara getsə, Sadıqlı komanda ilə iştirak edə bilməyəcək.

Futbolçunun məhkəmə qərarı ilə ümumilikdə banklara toplam 34 min 200 manat borcu var. 

Xatırladaq ki, Orxan ötən mövsüm də eyni problemə görə “Kəpəz”lə ölkə xaricinə gedə bilməmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43