“Real” yarımmüdafiəçi Luka Modriç ilə müqaviləni uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalının yeni müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Luka Modriç 2012-ci ildən Madrid təmsilçisində çıxış edir.
O, 11 mövsümdə 488 oyun keçirib və 23 titul qazanıb.
Modriç ötən mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

