“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq karyerasını “Qalatasaray”da davam etdirə bilər.
İdmanxeber.az “The Telegraph”a istinadən xəbər verir ki, Türkiyə klubu artıq “zadəganlar” üçün transfer təklif hazırlayır. Hücumçunun “Çelsi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
34 yaşlı Obameyanq ötən mövsüm 21 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

