Braziliyalı futbolçu Lukas Afriko karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, “Qəbələ” 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Portuqaliyanın “Eştoril” klubunda çıxış edən oyunçunun komandası ilə müqaviləsi başa çatıb.
“Qırmızı-qaralar”dan başqa Avropanın bir neçə klubu da Lukas Afriko ilə maraqlanır.

