20 İyun 2026
Dünya futbolu

İngiltərə klubundan “Trabzonspor”a

Türkiyənin “Trabzonspor” klubu transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Qaradəniz təmsilçisi “Sauthempton”da çıxış edən Miraslav Orsiçlə anlaşıb. Trabzon klubunun oyunçu və qarşı tərəflə razılaşdığı bildirilir.

Təcrübəli futbolçunun yaxın vaxtlarda rəsmən açıqlanacağı vurğulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43