09 İyun 2026
Dünya futbolu

“Qarabağ”la oyun başqa səviyyə idi” – “Ferentsvaroş”un oyunçusu

“Ferentsvaroş” klubunun futbolçusu Barnabas Varqa Avstriyada “Qarabağ”la keçirilən yoxlama görüşü barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, “Ferentsvaroş”a bu yay ölkənin digər klubu “Paksi”dən keçən 29 yaşlı hücumçu 3:3 hesabı ilə başa çatan matçda qol vurduğu üçün sevincli olduğunu söyləyib: 

“Qarabağ”la oyun başqa səviyyə idi. Həm onların, həm də bizim müntəzəm avrokuboklarda iştirak etməyimiz hiss olundu. Yoxlama görüşü olsa belə, qol vuran hücumçuda həmişə özünəinam yaranır. Şadam ki, “Ferentsvaroş”un heyətində ilk qolu vurmaq üçün çox gözləməli olmadım. Adi yoxlama görüşü olmasına baxmayaraq, Azərbaycan çempionuna qarşı mübarizə yüksək səviyyədə keçdi. Meydanda gərgin mübarizə var idi. Azarkeşlər üçün əyləncəli alındı, çünki qapılara çox qol vuruldu”.

Qeyd edək ki, “Qarabağ” iyulun 1-də Polşa “Legiya”sı, 4-də isə Bolqarıstan MOİK-i ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43