“Real” Duşan Vlahoviçin transferini düşünür.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu Kərim Benzemanın gedişindən sonra yeni mərkəz hücumçusu axtarır. Hazırda ən birinci namizəd Turin təmsilçisinin üzvü Vlahoviçdir.
Tərəflər arasında yaxın zamanda danışıqların başlayacağı bildirilir.
Vlahoviç ötən mövsüm A Seriyasında 27 oyuna çıxıb, 10 qol vurub və 2 məhsuldar ötürmə edib.

