08 İyun 2026
Dünya futbolu

“Barselona” xorvatiyalıdan vaz keçdi

“Barselona” “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviç üçün təklif verməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, kataloniyalılar maliyyə vəziyyəti ilə bağlı problemlər səbəbindən yarımmüdafiəçini almaqdan imtina edib. Daha əvvəl “Əl Nəsr”in də futbolçu ilə maraqlandığı bildirilirdi.

Brozoviç 2015-ci ilin yanvarından “İnter”də çıxış edir. Onun komanda ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

2022/23 mövsümündə yarımmüdafiəçi bütün turnirlərdə 40 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43