08 İyun 2026
Dünya futbolu

La Liqadan İngiltərə klubuna

“Aston Villa” “Villyarreal”ın mərkəz müdafiəçisi Pau Torresi transfer etməyə yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasındakı danışıqlar yekun mərhələdədir. “Aston Villa” futbolçunu təxminən 35 milyon avroya alacaq.

2022/23 mövsümündə 26 yaşlı ispaniyalı 39 matçda 1 qol vurub. “Transfermarkt.com” oyunçunun dəyərini 45 milyon avro qiymətləndirir.

Daha əvvəl müdafiəçi ilə “Yuventus” və “Bavariya”nın maraqlandığı bildirilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43