08 İyun 2026
Dünya futbolu

Kante Belçikada klub satın aldı

“Əl İttihad”ın yarımmüdafiəçisi NQolo Kante Belçikanın  “Royal Ekselsior Virton”  klubunun sahibi olub.

İdmanxeber.az-ın məlumatına görə, müqavilə iyulun 1-dən qüvvəyə minəcək. 2022/23 mövsümündə sözügedən klub Belçika çempionatının üçüncü liqasına düşüb.

İyunun 21-də “Əl-İttihad” 32 yaşlı fransalının transferini açıqlayıb. Daha əvvəl Kantenin hər mövsüm üçün 100 milyon avro alacağı bildirilirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43