08 İyun 2026
Dünya futbolu

“Milan” Çelsi” ilə razılışa bilmir

“Milan” Kristian Pulişiçin transferi üzərində işləməyə davam edir.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu cinah oyunçusu üçün 15 milyon avrodan çox pul ödəmək istəmir. “Çelsi” isə 20 milyondan çox tələb edir.

Tərəflər hələlik razılığa gələ bilməyiblər. Futbolçunun özü “Milan”a keçməyə müsbət yanaşır.

Amerikalı futbolçu ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43