08 İyun 2026
Dünya futbolu

“Mançester Yunayted” Rabionun anası ilə razılaşmadı

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabio anasının maliyyə tələbləri səbəbindən “Mançester Yunayted”ə transferi alınmayıb.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun agenti olan anası “qırmızı şeytanlar”dan yüksək maaş tələb etidiyi üçün keçid baş tutmayıb. O, Premyer Liqa klubundan 10 milyon imza pulu və 10 milyon avro da maaş tələb edib.

İngiltərə komandası bu şərtləri qəbul etmədiyi üçün yarımmüdafiəçi Turin klubu ilə müqaviləni uzadıb.

28 yaşlı fransalı ötən mövsüm 48 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43