08 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubumuzdan daha bir transfer – bu gün Azərbaycana gəlir

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirir.

İdmanxeber.az-a daxil olan məlumata görə, əyalət təmsilçisi Portuqaliyanın “Eştoril” klubundan Lukas Afrikonu rənglərinə bağlayır.

28 yaşlı müdafiəçi bu axşam Azərbaycana gələcək. Sabah tibbi müayinədən keçəcək mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Afriko son mövsüm “Eştoril”in heyətində 8 rəsmi oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43