08 İyun 2026
Dünya futbolu

Mahir oynadı, “Dinamo” heç-heçə etdi

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu Sloveniya toplanışında yoxlama oyunu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Zaqreb təmsilçisi yerli “Koper” klubu ilə üz-üzə gəlib. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli qarşılaşmaya ehtiyatda başlasa da, 26 yaşlı hücumçu 46-cı dəqiqədə  meydana daxil olub.

“Dinamo”nun qollarını Fran Topiç (21) və Antonio Marin (49) vurub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43