“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirir.
İdmanxeber.az-a daxil olan məlumata görə, əyalət təmsilçisi Portuqaliyanın “Eştoril” klubundan Lukas Afrikonu rənglərinə bağlayır.
28 yaşlı müdafiəçi bu axşam Azərbaycana gələcək. Sabah tibbi müayinədən keçəcək mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Afriko son mövsüm “Eştoril”in heyətində 8 rəsmi oyunda meydana çıxıb.

