Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu Sloveniya toplanışında yoxlama oyunu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Zaqreb təmsilçisi yerli “Koper” klubu ilə üz-üzə gəlib. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.
Mahir Emreli qarşılaşmaya ehtiyatda başlasa da, 26 yaşlı hücumçu 46-cı dəqiqədə meydana daxil olub.

