İspanliyalı mütəxəssis Luis Enrike PSJ-yə rəhbərlik edəcək
İdmanxeber.az-ın məlumatına görə, 53 yaşlı çalışdırıcı ilə yaxın vaxtlarda 2 illik müqavilə imzalayacaq. O, Kristof Qaltye ilə sözləşməyə xitam verildikdən sonra təqdim olunacaq.
Ötən mövsüm PSJ Fransa çempionatını 85 xalla birinci yerdə tamamlayıb. Bundan əlavə, Qaltyenin rəhbərlik etdiyi komanda Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksəlib və burada “Bavariya”ya uduzub (0:1; 0:2).

