07 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubumuz Rumıniya millisinin sabiq üzvü ilə maraqlanır – ÖZƏL

Yeni mövsümə hazırlığına hələ start verməyən “Sumqayıt” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a daxil olan məlumata görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü Rumıniyanın “Argeş” klubunda keçirən Andrei Tirkovenu ilə razılaşa bilər. 26 yaşlı yarımmüdafiəçi “Sumqayıt”a təklif olunub. Əgər məşqçilər korpusu futbolçunu bəyənsə, o zaman onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Andrei Tirkovenu müxtəlif illərdə Rumıniyanın U-16, U-17 və U-18 millilərinin şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43