“Liverpul”un yarımmüdafiəçisi Fabio Karvalyo “Leypsiq”ə icarəyə verilib
İdmanxeber.az xəbər verir ki, bu barədə Almaniya klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı portuqaliyalının icarə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Daha əvvəl müqaviləyə satın alma opsiyasının daxil edilməyəcəyi bildirilirdi. Karvalyo 2022-ci ildən “Liverpul”da çıxış edir.
Mersisaydlıların heyətində 21 oyun keçirib, 3 qol vurub.

