Yeni mövsümə hazırlığına hələ start verməyən “Sumqayıt” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-a daxil olan məlumata görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü Rumıniyanın “Argeş” klubunda keçirən Andrei Tirkovenu ilə razılaşa bilər. 26 yaşlı yarımmüdafiəçi “Sumqayıt”a təklif olunub. Əgər məşqçilər korpusu futbolçunu bəyənsə, o zaman onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Andrei Tirkovenu müxtəlif illərdə Rumıniyanın U-16, U-17 və U-18 millilərinin şərəfini qoruyub.

