07 İyun 2026
İdman

Azərbaycan millisi III Avropa Oyunlarında beşinci oldu

Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan III Avropa Oyunlarında çıxışını başa vurub.

İdmanxeber.az xəbər verir ki, yığmamız beşinci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi yarışı beşinci pillədə başa vurub.

Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43