Dortmund “Borussiya”sı “Volfsburq”dan yarımmüdafiəçi Feliks Nmeça ilə müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı oyunçu üçün 30 milyon avro ödəyəcək. “Volfsburq”un bu təklifi qəbul etdiyi bildirilir. Nmeça Dortmund klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayacaq.
24 yaşlı alman 2021-ci ilin iyulundan “Volfsburq”da çıxış edir. 2022/23 mövsümündə yarımmüdafiəçi komandanın heyətində 32 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.