30 Noyabr 2024
İdman

Şəfəq Hüseynli Vitold Banka ilə antidopinqdə beynəlxalq vəziyyəti və irəlliləyişləri müzakirə edib

Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) prezidenti Vitold Banka və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, ÜADA-nın Polşanın Varşava şəhərindəki prezident ofisində keçirilən görüşdə  antidopinq sahəsində beynəlxalq irəliləyişlər müzakirə edib. AMADA-nın direktoru Şəfəq Hüseynli ölkəmizdə antidopinq sahəsindəki vəziyyət, baş verən yeniliklər, beynəlxalq çağırışlara uyğun olaraq həyata keçirilən yeni innovativ üsulların, süni intellektin  tətbiqi ilə bağlı  layihələr barədə məlumat verib.

ÜADA-nın prezidenti Vitold Banka qeyd edib ki, Azərbaycanın yerli və beynəlxalq müstəvidə  dopinqlə mübarizəyə verdiyi töhfəsi və gördüyü işlər təqdirəlayiqdir və AMADA ÜADA-nın etibarlı tərəfdaşlarından biridir.

Görüşdə həmçinin Ş. Hüseynlinin sədrlik etdiyi Avropa Şurasının Antidopinqdə Gender Bərabərliyi Komitəsinin (GECA) gördüyü işlər və onun antidopinq sahəsində  gender bərabərliyinin təmin edilməsi üzrə beynəlxalq layihəsi müzakirə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43