07 İyun 2026
Dünya futbolu

“İnter” 30 milyon təklif etdi

“Çelsi”nin hücumçusu Romelu Lukaku “İnter”ə qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, milanlılar 30 yaşlı belçikalı üçün London klubuna 30 milyon avro təklif edir. Futbolçu özü karyerasını “İnter”də davam etdirmək arzusunda olduğunu bildirib.

Hücumçu 2022/23 mövsümünü icarə əsasında İtaliyada keçirib. O, bütün yarışlarda 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43