08 İyun 2026
Ölkə futbolu

“Qarabağ” ÇSKA-nı məğlub etdi – YENİLƏNİB

Bu gün “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Bolqarıstanın ÇSKA kollektivi ilə üz-üzə gəlib.

“Wörgl” stadionunda keçiriləcən matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” bundan öncə Macarıstanın “Ferentsvaroş” klubu ilə heç-heçə (3:3) etmişdisə, Polşa “Legiya”sına məğlub olmuşdu – 0:2.

4 iyul 

Yoxlama matçı

20:00 “Qarabağ” – ÇSKA 1:0

Qol: Redon Cica, 42


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43