07 İyun 2026
Ölkə futbolu

“Qəbələ” transferi rəsmən açıqladı

Yeni mövsümün hazırlaşan “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Gilad Avramovun keçidini rəsmiləşdirib.

İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

23 yaşlı futbolçu peşəkar karyerasına 2018/2019 mövsümündə ölkəsinin “Hapoel” (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.

Qeyd edək ki, “Qəbələ” daha əvvəl Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko və Osama Xalailanı transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43