Klublarımızın avrokuboklardakı təsnifat oyunları ölkəmizdə canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” və Konfrans Liqasının II təsnifat mərhələsində çıxış edəcək “Qəbələ” ilə “Neftçi”nin oyunlarını “CBC Sport”dan izləyə biləcəklər.
Turnirdəki digər təmsilçisimiz “Sabah”ın görüşləri isə “İctimai TV”dən canlı yayımlanacaq. Əgər komandalarımız pley-off mərhələsinə qədər irəliləsə, bütün oyunların yayım hüququ “CBC Sport”a aiddir.
Əldə etdiyimiz digər məlumata görə isə klublarımızın təsnifat mərhələsindəki oyunları eyni vaxta təsadüf edərsə, “İdman TV” də görüşlərdən birini canlı yayımlaya bilər.

