“Şamaxı”nın futbolçusu Cəlal Cəbrayılov Latviya klublarının təklifini geri çevirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, sözügedən ölkənin “Dauqavpils” və “Super Nova” komandaları 21 yaşlı hücumçunun xidmətində maraqlı olublar.
Latviyada mövsüm oktyabr ayında bitdiyi üçün həmyerlimizə 3 aylıq müqavilə təklif edilib. Ancaq həmin aydan sonra klubsuz qalmaqdan ehtiyat edən Cəbrayılov hər iki təklifi də geri çevirib.
Ötən mövsümü I Liqa təmsilçisi “Zaqatala”da keçirən Cəlal 15 qol vurub.

