08 İyun 2026
Dünya futbolu

Mərakeşli oyunçu “Mançester Yunayted”ə keçir?

“Fiorentina”nın yarımmüdafiəçisi Sofian Amrabat bu transfer pəncərəsində Premyer Liqaya keçə bilər.

İdmanxeber.az-ın “Sky Sports”a istinadən məlumatına görə, “Mançester Yunayted” 26 yaşlı mərakeşli ilə maraqlanır. O, 2020-ci ilin yayından “Fiorentina”da çıxış edir və müqaviləsi 2024-cü ilin iyun ayına qədərdi. 

2022/23 mövsümündə Amrabat bütün yarışlarda 49 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43