“Stadionla bağlı durumdan xəbərim yoxdur. Biz Bakıdayıq, bəlkə də artıq işlər başlanıb. Transfer çalışmalarımız isə qızğın şəkildə davam edir. Yeni legioner oyunçularımız olacaq. Çalışırıq ki, yaxşı bir komanda formalaşdıraq. Ən azından ilk ilimizdə Premyer Liqada mübariz bir heyət yaratmaq istəyirik”.
Bu sözləri idmanxeber.az saytına növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Araz Naxçıvan” klubun baş məşqçisi Azər Bağırov deyib. O, klubdakı maliyyə problemləri ilə bağlı iddialara belə cavab verib:
“Sponsor və büdcə baxımından ciddi problemimiz yoxdur. Hazırda hər şey qaydasında gedir. Premyer Liqada ilk ilini yaşayan komandalarda olduğu kimi bizdə də bəzi çatışmazlıqlar var. Onlar da ən qısa vaxtda aradan qaldırılacaq”.
Həsən Quluzadə

