“Fiorentina”nın yarımmüdafiəçisi Sofian Amrabat bu transfer pəncərəsində Premyer Liqaya keçə bilər.
İdmanxeber.az-ın “Sky Sports”a istinadən məlumatına görə, “Mançester Yunayted” 26 yaşlı mərakeşli ilə maraqlanır. O, 2020-ci ilin yayından “Fiorentina”da çıxış edir və müqaviləsi 2024-cü ilin iyun ayına qədərdi.
2022/23 mövsümündə Amrabat bütün yarışlarda 49 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

