“Malyorka”nın yarımmüdafiəçisi Li Kanq İn PSJ-yə keçəcək.
İdmanxeber.az xəbər verir ki, Paris klubu 22 yaşlı koreyalı futbolçu üçün 22 milyon avro ödəyəcək. Tərəflər bir neçə həftə əvvəl oyunçunun keçidi ilə bağlı razılığa gəliblər.
2022/23 mövsümündə Ying bütün yarışlarda 39 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə verib.

