08 İyun 2026
Dünya futbolu

“Qarabağ”la görüş yaxşı təcrübə oldu” – ÇSKA-nın kapitanı

“Yaxşı oyun oldu. Yorğun idik, amma pis çıxış etmədik. İkinci hissədə üstün tərəf biz idik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Bolqarıstanın ÇSKA klubunun kapitanı İvan Turitsov “Qarabağ”la keçirilən yoxlama oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“İlk hissədə “Qarabağ” daha çox topa sahib oldu və bizi əks-hücumlara məcbur etdi. Avropada və yerli çempionatda belə oyunlarımız çox olacaq. Ona görə “Qarabağ”la görüş yaxşı təcrübə oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43