08 İyun 2026
Ölkə futbolu

“Səbail”in yeni icraçı direktoru təqdim olundu

“Səbail” Peşəkar Futbol Klubunun rəhbərliyi ilə klub üzvlərinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumata görə, toplantıda növbəti mövsümün hazırlığı ilə bağlı məsələlər müzakirə olunub.

ASCO-nun idarə heyətinin və “Səbail” PFK Müşahidə Şurasınn sədri Rauf Vəliyev klubun sabiq icraçı direktoru Fərəc Əliyevə göstərdiyi fəaliyyətə görə təşəkkür edib.

Daha sonra klubun Müşahidə Şurasının üzvü Firuz Abdullanın icraçı direktor təyin olunması ilə bağlı kollektivə məlumat verilib. Yeni icraçı direktora işində uğurlar arzulanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43