08 İyun 2026
Ölkə futbolu

Millimizin qapıçısı Fransa klubundan ayrıldı

Azərbaycanın U-21 yığmasının qapıçısı Eldar Tağızadə “Klermon”dan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə,  gənc qolkiper Fransa klubunda qalmayacağı barədə sosial şəbəkədə paylaşım edib:

“Vidalaşmağın vaxtıdır. “Klermon”a təşəkkür etmək istəyərdim. Mənə klubda oynamaq imkanı verdiyiniz üçün, eləcə də, burada öyrəndiklərim üçün sizə təşəkkür edirəm. “Klermon”da keçirdiyim vaxtdan çox həzz aldım və komandanın heyətində keçirdiyim oyunlar, vaxtlarla bağlı xoş xatirələrim oldu.

Bu müddətdə mənə verdiyiniz dəstəyə görə minnətdaram. Çox şey öyrəndim. İnkişaf etməyimə kömək edən bütün insanlara da təşəkkürümü bildirirəm. Kluba və onun tərəfdarlarına gələcəkdə uğurlar arzulayıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43