19 İyun 2026
Dünya futbolu

“Oyunçular eqoist və ağıllıdır” – Luis Enrike

PSJ-nin yeni baş məşqçisi Luis Enrike 2023/24 mövsümü üçün hədəflərindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Paris klubu ilə 2 illik müqavilə imzalayan ispaniyalı mütəxəssis əsas hədəfin Çempionlar Liqası olduğunu bildirib:

“Çempionlar Liqası bizim məqsədimizdir. İddialı olmaq əladır. Bu bir sınaqdır, amma mən buna tam hazıram. Mənim üslubum hər gün necə yaşadığımı əks etdirir. Mən futbolçu olmuşam, “Barselona”da oynamışam, böyük klubları çalışdırmışam, ulduzlarla işləmişəm və bilirəm ki, oyunçular eqoist və ağıllıdır. Onlara kömək etməyə gəldiyinizi başa düşsələr, sizə dəstək olacaqlar. Onlar üçün səhnə hazırlamaq lazımdır”.

Enrikenin son iş yeri ötən ilin dekabrında tərk etdiyi İspaniya millisi olub. 53 yaşlı mütəxəssis buna qədər “Barselona”, “Selta” və “Roma”ya rəhbərlik edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43