19 İyun 2026
Dünya futbolu

PSJ prezidentinin evində axtarış aparıldı

PSJ-nin prezidenti Nəsser Al-Xelaifinin evində axtarış aparılıb.

İdmanxeber.az-ın məlumatına görə, bu, lobbiçi Tayeb Benabderrahmanın oğurlanması, qanunsuz saxlanması və işgəncələrə məruz qalması ilə bağlı aparılan istintaqla bağlıdır. Əl-Xelaifinin sözcüsü bildirib ki, istintaq orqanlarına evə giriş icazəsi verilib.

Hər şey hakimiyyət orqanları ilə tam əməkdaşlıq şəraitində baş verir.

“RMC Sport” xəbər verir ki, Əl-Xelaifinin evində axtarış aparıldığı üçün PSJ-nin yeni baş məşqçisi Luis Enrikenin təqdimatı 3 saata təxirə salınıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43