Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Araz Naxçıvan” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, klub bir neçə oyunçu ilə anlaşsa da, hələlik rəsmi şəkildə açıqlanmayıb. Buna səbəb büdcə ilə bağlı məsələnin konkretləşməməsidir. Oyunçularla tam razılıq əldə olunsa da, maliyyə səbəbindən imzalar atılmayıb.
Bununla yanaşı, klub transfer çalışmalarını davam etdirir. Rəhbərlik hazırda bir neçə əcnəbi futbolçu ilə də danışıq aparır.

