21 İyun 2026
Dünya futbolu

“Qarabağ” bizə bənzəyən komandadır”

Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Peter Barat Avstriyada Ağdam təmsilçisinə qarşı keçirdikləri yoxlama oyunu barədə “Nemzetisport”a açıqlama verib.

İdmandeber.az-ın məlumatına görə,  21 yaşlı yarımmüdafiəçi “köhlən atlar”la görüşün onlar üçün çox faydalı olduğunu söyləyib:

“Qarabağ” bizə bənzəyən komandadır. Beynəlxalq matçlardan əvvəl sərt və əzmkar rəqibə qarşı mübarizə apardıq”.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” qarşılaşması 3:3 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43