“Bayer”in müdafiəçisi Mitçel Bakker “Atalanta” ilə müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı niderlandlı ilə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı müqaviləni 10 milyon avro qiymətləndirir.
Ötən mövsüm Bakker 40 oyun keçirib, bu oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

