“Barselona” rəsmi olaraq Vitor Roke transferini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi bu transfer üçün “Atletiko Paranaense”yə 30 milyon avro və əlavə olaraq bir o qədər də bonus ödəyəcək.
Roke 2024-ci ildən “Barsa”ya qoşulacaq. Müqavilənin müddəti 2031-ə qədər olacaq.
Roke “Paranaense”nin heyətində 66 oyuna çıxıb, 22 qol vurmağı bacarıb.

