03 İyul 2026
Dünya futbolu

PSJ 18 yaşlı oyunçu ilə müqavilə imzaladı

PSJ 18 yaşlı oyunçu Şer Nduru heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi azad agent kimi Paris klubuna keçib. PSJ-nin mətbuat xidməti bildirir ki, müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

O, 27 nömrəli forma ilə çıxış edəcək.

2022/23 mövsümündə futbolçu “Benfika”nın əvəzedici komandasında 35 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 

Portal Transfermarkt oyunçunun dəyərini 1,5 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43