Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı növbəti rəqibin adına aydınlıq gəlib.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sankt-Pauli”ylə qarşılaşacaq.
Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu Qətərin “Al-Sadd” klubuna qarşı keçirib (3:1).

