03 İyul 2026
Ölkə futbolu

Gürcüstanlı oyunçu “Kəpəz”də qaldı – RƏSMİ

“Kəpəz” Mate Kvirkviya ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Məlumatda qeyd edilir ki, gürcüstanlı yarımmüdafiəçi klubun yeni müqavilə təklifini müsbət dəyərləndirib. Beləliklə, Mate daha bir il “sarı-göylər”in şərəfini qoruyacaq.

Qeyd edək ki, Kvirkiya 2022/23 mövsümü “Kəpəz”də keçirib. 27 yaşlı futbolçunun müqaviləsi bu yay başa çatmışdı.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43