03 İyul 2026
Ölkə futbolu

Mutu “Spartak” oyunundan danışdı: “Onların böyük büdcəsi var”

“Neftçi”nin yeni baş məşqçisi Adrian Mutu “Spartak”la (Rusiya) yoxlama oyunu öncəsi “Sport Ekspress” nəşrinə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, rumıniyalı mütəxəssis Moskva klubunun bir neçə oyununu izlədiyini bildirib: 

“Təbii ki, onların necə oynadığını bilirəm. Rəqibin gücündən xəbərim var. Bu, əla komandadır. Üstəlik, onların böyük büdcəsi var. Amma bizim üçün nəticə yox, futbolçuların fiziki forması vacibdir. “Spartak”la matçda taktiki hazırlığımızı dəqiqləşdirə biləcəyik. Bizim hələ çox işimiz var. Bununla belə, gənc futbolçularla maraqlanırıq, onları hərəkətdə görmək istərdim. Yaxşı oyun olacaq. Meydanda bizə ayrılacaq hər dəqiqədən maksimum yararlanmağa çalışacağıq”.

Bu gün keçiriləcək “Spartak” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43