03 İyul 2026
Dünya futbolu

Mbappe karyerası ilə bağlı qərarını verdi

PSJ-nin hücumçusu Kilian Mbappe yay transfer pəncərəsi zamanı komandanı tərk etmək fikrində deyil.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı fransalı Paris klubu ilə məşqlərə qayıdıb. O, müqavilənin sonuna kimi PSJ-də qalacağını bildirib. Mbappenin Paris təmsilçisi ilə sözləşməsinin müddəti 2024-cü ildə başa çatır.

Daha əvvəl ulduz futbolçu klubla müqavilə uzatmayacağını rəhbərliyə bildirmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43