03 İyul 2026
Ölkə futbolu

Adrian Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında

Rumıniyalı əfsanəvi futbolçu Adrian Mutunun “Neftçi”ni seçməsi bütün dünyada maraqla qarşılanıb.

İdmanxeber.az-ın məlumatına görə,  dünyanın bir sıra məşhur saytları – İtaliyanın “Calciomercato”, “Tuttomercatoweb”, Türkiyənin “Fanatik”, “NTV Spor”, “Ajansspor”, Rusiyanın “Sport-express”, “Sovetski sport”, həmçinin ABŞ, Böyük Britaniya, İspaniya və s. kimi ölkələrin mətbuatında rumıniyalı mütəxəssislə bağlı müxtəlif yazılar dərc edilib, bu keçid geniş işıqlandırılıb.

Bundan əlavə, “Neftçi”nin Sankt-Peterburq toplanışı zamanı İtaliyanın “Fiorentina” klubunun azarkeş qrupu, Moskavada isə “Çelsi” (İngiltərə) fanatları Mutu ilə görüşüblər, şəkil çəkdirib avtoqraf alıblar. Sankt-Peterburq və Moskvadakı hava limanlarında da ona maraq yüksək olub. “Neftçi”nin sosial media səhifələrindəki paylaşımlara gələn reaksiyalardan da görünür ki, Adrian Mutunun komandaya baş məşqçi təyin olunması böyük əks-səda doğurub, “Neftçi”nin bütün dünyada tanınması baxımından da əlamətdar olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43